18 yaşlı futbolçunun “elçilər”i artır
“Çelsi”, “Mançester Yunayted” və PSJ Braziliyanın “Atletiko Paranaense” klubunun hücumçusu Vitor Rokeni transfer etməyə çalışır.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, adıçəkilən klublar futbolçu üçün yüksək məbləğ ödəməyə hazırdırlar.
Öncədən “Barselona”nın Rokeni 35 milyon avro qarşılığında transfer etməyə razılaşdığı haqda məlumat yayılmışdı.
18 yaşlı Roke 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla Braziliya klubunun heyətində 25 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin