Azərbaycan Premyer Liqasında topa ən çox sahib olan komanda hansıdır?

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə topa ən çox sahib olan komandaların adları açıqlanıb.

Komanda.az Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin saytına istinadən xəbər verir ki, siyahıya ölkə çempionu “Qarabağ” (65,1 faiz) başçılıq edir.

“Sabah” (57,8 faiz) bu göstəriciyə görə ikinci, “Neftçi” (54,4 faiz) isə üçüncü pillədə qərarlaşıb.

Növbəti sıralarda “Zirə” (51,4 faiz), “Qəbələ” (49,1 faiz), “Kəpəz” (48,1 faiz), “Sumqayıt” (47,5 faiz), “Səbail” (44,6 faiz), “Şamaxı” (43,5 faiz) və “Turan Tovuz” (39,3 faiz) yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button