“Qvardiolanın “Mançester Siti”si dünyanın ən güclüsü olmasa da…” – Mançini

“Mançester Siti”nin sabiq baş məşqçisi Roberto Mançini hazırda komandanın “sükanı arxasında” olan Pep Qvardiola haqda danışıb.

Komanda.az “La Stampa”-ya istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin başçılığı altında “şəhərlilər”i dünyanın ən güclüsü hesab etmir:

“Finaldan öncə nəticə haqda proqnoz vermək olmaz. Qvardiolanın “Mançester Siti”si dünyanın ən güclüsü olmasa da, ən yaxşı formada oynamağın lazım olduğunu bilir.

“İnter”in baş məşqçisi Simone İnzaqini yaxşı tanıyıram. Onun futbolçu və məşqçi kimi inkişafını özüm görmüşəm. İnzaqiyə inanmaq lazımdır. Bir neçə həftə öncə o, tənqidlərə məruz qalmırdımı? İşi heç də asan deyil”.

Xatırladaq ki, Çempionlar Liqasının finalının “Mançester Siti” – “İnter” matçı 10 iyun, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button