Vinisiusa qarşı irqçilik edən 3 şəxs saxlanılıb
İspaniya polisi “Real”ın futbolçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlədən üç nəfəri saxlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Valensiya icmasının hüquqi nümayəndəsi Pilar Bernabe məlumat verib.
O, bildirib ki, digər şəxsləri müəyyən etmək üçün “Mestalya” stadionunun daxilindəki müşahidə kameralarına baxış keçirilir.
Vinisius Junior İspaniya La Liqasının 35-ci turunun “Valensiya” ilə matçında (0:1) irqçiliklə üzləşib.
Braziliyalı futbolçu 2018-ci ildən “Real”da forma geyinir. Onun klubla müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.
Vinisius cari mövsümdə “kral klubu”nun heyətində 32 liqa oyununa çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin