“Valensiya”dan azarkeşlərinin irqçi davranışları ilə bağlı açıqlama
“Valensiya” klubu İspaniya çempionatının 35-ci turunun “Real”la oyunundakı (1:0) irqçi ifadələrlə bağlı açıqlama yayıb.
Komanda.az xəbər verir ki, “Valensiya” azarkeşlərinin “Real”ın hücumçusu Vinisius Juniora qarşı irqçi davranışlarını pisləyib:
“Valensiya” futboldakı bütün təhqirləri və hücumları pisləyir. Klub hörmətə, idman dəyərlərinə qətiyyətlə sadiqdir, stadionlarda fiziki və şifahi zorakılığa qarşı mövqeyini bir daha bəyan edir. Matç zamanı baş verən hadisələr bizi kədərləndirdi. Hansısa rəqib oyunçuya ünvanlanan təhqirlər futbolda yersizdir və “Valensiya”nın dəyərlərinə uyğun gəlmir. Klub hadisəni araşdırır və günahkarlara qarşı ən sərt tədbirləri görəcək. “Valensiya” həmçinin istənilən təhqiri pisləyir və azarkeşlərimizə maksimum hörmət tələb edir.
“Valensiya” belə hadisələri şiddətlə qınamaqla yanaşı, komandaya dəstək olduqları üçün iştirak edən 46 000-dən çox azarkeşə minnətdarlığını bildirir”.
“Valensiya”nın azarkeşləri braziliyalı futbolçuya qarşı irqçilik etdikləri üçün matçda fasilə yaranıb. Vinisius görüşün sonunda qırmızı vərəqə alaraq meydançanı vaxtından öncə tərk edib.
Bizi Facebook-da izləyin