Azərbaycan Premyer Liqası: Antirekord təkrarlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə antirekord təkrarlanıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, çempionatda 17 dəfə avtoqol qeydə alınıb.
34-cü turun “Neftçi” – “Şamaxı” oyununda (1:1) qonaqların qolkiperi Rəşad Əzizli öz qapısına qol vurub.
1992-ci ildən keçirilən yarışda ən çox avtoqol 2014/2015 mövsümündə yaşanmışdı. Həmin vaxt oyunçular 17 dəfə topu öz qapılarından keçiriblər.
Beləliklə, antirekord 8 ildən sonra təkrarlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin