Uruqvay millisi 67 yaşlı argentinalıya tapşırılır
Argentinalı baş məşqçi Marselo Byelsa Uruqvay millisinə rəhbərlik edəcək.
Komanda.az xəbər verir ki, bu barədə AP Uruqvay Futbol Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü Xorxe Kasalesə istinadən məlumat yayıb.
“Əskik olan yeganə şey imzadır. Byelsanın futbol fəlsəfəsi onunla işləmiş bütün keçmiş oyunçular tərəfindən yüksək qiymətləndirilir. Onun geridə qalan karyerası Uruqvay Futbol Assosiasiyası üçün arzu olunan xüsusiyyətlərdən biridir. Bizə oyunun 90 dəqiqəsini aşaraq bir miras qoyacaq adamı komandamıza dəvət edirik” – deyə, Kasales bildirib.
67 yaşlı mütəxəssisin son iş yeri 2018-2022-ci illərdə çalışdırdığı “Lids” olub.
Byelsa məşqçi karyerası ərzində Argentina və Çili yığmalarına da rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin