Haland Premyer Liqanın mütləq rekordçusuna çevrildi

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının 28-ci turunda “Vest Hem”lə oyunda qol vurmaqla yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, “şəhərlilər” 3:0 hesabı ilə qalib gəldiyi oyunda vurulan qol sayəsində Haland bu turnirdə 35-ci dəfə fərqlənib.

O, bununla Premyer Liqada ümumi qol rekordunu qırıb. Siyahıdakı Endi Koulun (1993/94 mövsümündə) və Alan Şirerin (1994/95) hər birinin 34 qolu var – onlar 42 turda 22 komanda ilə çempionatda qol vurublar.

“Vest Hem” üzərində qələbədən sonra Xosep Qvardiolanın yetirmələri 33 matçda 79 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində birinci pilləyə yüksəliblər. “Arsenal” 34 oyundan sonra 78 xalla ikinci yerdədir. İlk 3-lüyü 33 matçda 65 xal toplayan “Nyukasl” qapayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button