Azərbaycan yığması İtaliya üzərində qələbəyə sevindi

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində ikinci oyun gününə yekun vurulub.

Komanda.az xəbər verir ki, günün son oyununda Azərbaycan millisi İtaliya yığması ilə üz-üzə gəlib.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. Yığmamızın heyətində Rəvan Kərimov (26) və Mirmehdi Rzayev (46) fərqlənib.

Xatırladaq ki, komandamız ilk matçında Çexiya ilə 0:0 hesablı bərabərə qalmışdı. Yığmamız növbəti matçlarını mayın 3-də Gürcüstan və mayın 4-də Serbiyaya qarşı keçirəcək.

İkinci oyun günündə baş tutan digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

Türkiyə – Ukrayna 2:3
İtaliya – Gürcüstan – 2:4
Qazaxıstan – Cənubi Afrika 5:1
Serbiya – Çexiya 2:2
Türkiyə – Fransa 0:4

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button