“Bu mövsümün çempionu “Qalatasaray” olacaq” – Okan Buruk
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Türkiyə Super Liqasının 32-ci turunun “Beşiktaş”la matçından sonra (1:3) açıqlama verib.
Komanda.az “A Spor”-a istinadən xəbər verir ki, o, cari mövsümün sonunda çempion olacaqlarını söyləyib:
“Başımız dikdir. Hazırda çempionatın lideriyik. Əlbəttə, daha fərqli mənzərə ilə 1-ci ola bilərdik. Amma hazırda ən yaxın izləyicimizdən 3 xal öndəyik.
“Qalatasaray” həmişə belə dönəmlərdən qazanaraq çıxıb. Azarkeşlərimiz narahat olmasınlar, əlimizdən gələni edəcəyik. İnşallah, bu mövsümün çempionu “Qalatasaray” olacaq”.
“Qalatasaray” hazırda Türkiyə çempionatının turnir cədvəlində 70 xalla 1-ci, “Beşiktaş” isə 65 xalla 3-cü pillədə yer alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin