“Çexiya ilə oyunumuzun heç-heçə bitməsi təəssüf doğurur”

Cənubi Afrika Respublikası – Çexiya matçının heç-heçə başa çatması təəssüf doğurur.

Komanda.az xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının (CAR) baş məşqçisi Hüqo Bros DÇ-2026-nın qrup mərhələsində Çexiyaya qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis sözüdən qarşılaşmada yaxşı çıxış etdiklərini bildirib:

“Bu komanda ilə fəxr edirəm. Biz yaxşı futbol oynamağı sevirik, aqressivik və qol epizodları yaradırıq. Bəzi səhvlər etdik, amma ümumilikdə nümayiş etdirdiyimiz performansdan çox razıyam.

Çexiya millisi fiziki cəhətdən güclü və ucaboy futbolçulardan ibarətdir. Belə rəqibə qarşı yaxşı oyun sərgilədik. Qarşılaşmanın heç-heçə başa çatması bir qədər təəssüf doğurur. İndi Cənubi Koreya ilə oyunda qalib gəlməliyik. Bu da çox çətin görüş olacaq. Ancaq eyni düşüncə və əzmlə oynasaq, bunu bacara bilərik”.

Qeyd edək ki, Cənubi Afrika Respublikası – Çexiya oyunu 1:1 hesabı ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button