Fransa klubunda yeni müqavilə
Fransanın “Renn” klubu baş məşqçisi Julyen Stefanın müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, 38 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2018-ci ilin dekabrından “Renn”i çalışdıran Stefanın əvvəlki müqaviləsi 2020-ci ilin yayına qədər idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin