Keçmiş futbolçu şoka düşüb – Milli komanda ilə bağlı qərardan

Ukrayna yığmasının sabiq müdafiəçisi Artyom Fedetski Ukrayna İdman və Gənclər Nazirliyinin milli komandaların ruslar və belarusların buraxıldığı beynəlxalq yarışlarda iştirakını qadağan edən qərarını şərh edib.

Komanda.az xəbər verir ki, keçmiş futbolçu qadağanın onu şok vəziyyətinə saldığını etiraf edib.

Fedetski sosial şəbəkə hesabında “Sadəcə şokdayam” yazıb.

Fedetski Ukrayna millisində 53 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ukrayna və Belarus yığmaları AÇ-2024-ün seçmə mərhələsində iştirak edir və artıq ilk oyunlarını keçiriblər. Rusiya milli komandasına UEFA tərəfindən tətbiq edilən diskvalifikasiya isə davam edir.

Rusiya qoşunları ötən il fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button