Rəşad Sadıqov: “Deməyə söz tapa bilmirəm”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 29-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyunu şərh etmək çətindir. Ağır oyun oldu. Elə qollar buraxırıq ki… Ümumiyyətlə, deməyə söz tapa bilmirəm. Fərdi səhvlərdən xeyli qol buraxmışıq. Heç bilmirəm, qapı və müdafiəçilərin bu qədər bəsit qol buraxdığı başqa komanda var, ya yox. Qışda qapıçı mövqeyinə axtarışlarımız var idi, ancaq alınmadı.
Əslində hər şey istədiyimiz kimi gedirdi. Yaxşı qol imkanlarından istifadə edə bilmədik. Qapımızda top gördükdən sonra hesabı bərabərləşdirdik. Amma rəqib ani boşluğumuzdan istifadə edib fərqləndi və qələbə qazandı”.
Bizi Facebook-da izləyin