Bernardo Silvanın “elçilər”i artır

PSJ “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı transfer etmək istəyir.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, portuqaliyalı oyunçu da yeni macəra axtarışındadır. “Şəhərlilər” futbolçusunu 90 milyon avrodan aşağı qiymətə sata bilər.

Öncədən “Barselona”nın da futbolçu ilə maraqlandığı bildirilirdi.

“Real” da “Borussiya”nın (Dortmund) futbolçusu Çud Bellingemi transfer edə bilməsə, alternativ variant kimi Silvanın keçidini rəsmiləşdirmək üçün addım ata bilər.

Bernardo Silva cari mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlər daxil olmaqla 39 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button