Qvardiola yaşına görə narahatdır
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Bernli”nin çalışdırıcısı Vensan Kompani haqda danışıb.
Komanda.az “Football Daily”-yə istinadən xəbər verir ki, o, belçikalı mütəxəssisi çalışdığı ən böyük əfsanələrdən biri adlandırıb:
“Kompani birlikdə işlədiyim ən böyük əfsanələrdən biridir. Lakin mən bir az narahatam. Çünki əvvəllər çalışdırdığın oyunçu baş məşqçi kimi sənə qarşı oynayanda yaşlandığını başa düşürsən”.
Keçmiş belçikalı müdafiəçi 2022-ci ilin yayından İngiltərə komandasının “sükanı arxasındadır”.
Xatırladaq ki, İngiltərə Federasiya kubokunun 1/4 finalında bu gün “şəhərlilər” “Bernli” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin