Fransa millisinin keçmiş futbolçusu vəfat edib

Fransa millisinin keçmiş futbolçusu Jüst Fonten vəfat edib.

Komanda.az “Frans Press” agentliyinə istinadən xəbər verir ki, keçmiş hücumçu 89 yaşında ölüb.

Fonten bir dünya çempionatında ən çox qol vuran oyunçudur. O, 1958-ci ildə keçirilən mundialda 13 dəfə fərqlənməyə müvəffəq olub.

Həmin turnirdə Fransa millisi bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button