“İndi xoşbəxtik” – Alleqri
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 24-cü turunun “Torino” ilə görüşündən sonra (4:2) danışıb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, qələbəyə layiq olduqlarını deyib:
“Futbolçularım həqiqətən, çətin rəqibə qarşı yaxşı oyun keçirdilər. Qələbəyə layiq idik. Dördüncü yerdə olan klubla aramızda 10 xal fərq var. Bu, çoxdur”.
“Qoca sinyora”nın çalışdırıcısı fransalı futbolçu Pol Poqbanın cari mövsümdəki ilk oyunu barədə də danışıb:
“Poqbanın oynamasını çoxdan istəyirdik. İndi xoşbəxtik. Oyunlar üç gündən bir keçirildiyi üçün hər kəs hazır olmalıdır”.
“Yuventus” hazırda İtaliya çempionatının turnir cədvəlində 35 xalla yeddincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin