“Başakşəhər”də braziliyalı hücumçu
Türkyədəki dəhşətli zəlzələdən sonra Super Liqadan çəkilməyə qərar verən “Qaziantep”də daha bir ayrılıq yaşanıb.
Komanda.az xəbər verir ki, elita təmsilçisinin hücumçusu Juan Fiqeyredo Super Liqanın digər klubu “Başakşəhər”ə keçib.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı forvard yeni klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Başakşəhər” bu transfer üçün qazianteplilərə 650 min avro ödəyib.
Fiqeyredo 2021-ci ildən oynadığı “Qaziantep”də 64 oyuna 19 qol vurub. Hücumçu daha öncə “Kauno Jalgiris”, “OFİ Kreta”, “Əl-Vasl” və “Atletiko Mineyro” kimi klublarda da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin