Yeni müqavilə ilə ən çox maaş alanlardan olacaq

“Arsenal” yarımmüdafiəçi Bukayo Saka ilə müqaviləni yeniləməyə yaxındır.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, yeni sözləşməyə əsasən, Saka klubda ən çox maaş alan futbolçulardan biri ola bilər.

Nigeriya əsilli ingiltərəli futbolçu 2019-cu ildən London təmsilçisinin formasını geyinir. 21 yaşlı oyunçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədər qüvvədədir.

Saka cari mövsümdə “Arsenal”ın heyətində bütün turnirlər daxil olmaqla 28 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button