“Kəpəz”in yeni transferi “Səbail”lə oyunu buraxacaq

“Kəpəz” Premyer Liqanın 20-ci turu çərçivəsində qarşılaşacağı “Səbail”lə səfər oyunu öncəsi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Salif Sisse bu görüşü buraxacaq.

Hücumçu zədəli olduğundan meydana çıxa bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu gün “ASCO Arena”da keçiriləcək “Səbail” – “Kəpəz” matçına saat 18:30-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button