Ərəblər “Barselona”nın futbolçusuna da göz dikib
“Barselona”nın futbolçusu Serxio Buskets karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Əl-Nəsr” qış transfer pəncərəsində ispaniyalı yarımmüdafiəçini almaq üçün hərəkətə keçə bilər.
Kataloniya təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Buskets hələ gələcəyi ilə bağlı qərar verməyib.
Busketsdən başqa, PSJ-nin müdafiəçisi Serxio Ramos, “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante və azad agent statusu daşıyan hücumçu Kriştiano Ronaldo da “Əl-Nəsr”in transfer siyahısında yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin