Azərbaycan millisi cənubi koreyalıya tapşırıldı
Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan millisində baş məşqçi dəyişikliyi olub.
Komanda.az federasiyaya istinadən xəbər verir ki, yığma komanda cənubi koreyalı Sun Mi Parka həvalə edilib.
2014-17-ci illərdə də millinin “sükanı arxasında” olan mütəxəssisin qarşısına gələn il Bakıda keçiriləcək dünya çempionatında uğurlu çıxış, Paris-2024 Yay Olimpiya Oyunlarına maksimum lisenziya qazanmaq və olimpiadada yaxşı nəticə qazanmaq hədəfi qoyulub. O, həmçinin gənc qız taekvondoçuların inkişafına öz dəstəyini verəcək.
Sun Mi Park bu postda Səbuhi Zülfüqarovu əvəzləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin