Laporta Busketslə görüşəcək
“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets Kataloniya təmsilçisində çıxışını davam etdirə bilər.
Komanda.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, La Liqa təmsilçisinin prezidenti Xuan Laporta futbolçu ilə görüşəcək və müqavilənin uzadılması üçün şərtləri müzakirə edəcək.
34 yaşlı futbolçu öncədən İspaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. 2023-cü ilin yayında onun MLS klublarından birinə keçəcəyi bildirilirdi.
Buskets 2022/23 mövsümündə “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla 16 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin