Dadaşov: “Heç biri bizə yuxarıdan aşağı baxa bilməyəcək”

“Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm”.

Komanda.az “transfermarkt.ch”-ə istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin hücumçusu Renat Dadaşov deyib.

23 yaşlı futbolçu DÇ-2022 haqda da fikir bildirib:

“Düşünürəm ki, DÇ-2022 autsayderlərin sürprizlər edə biləcəyini göstərdi. AÇ-2024-ün seçmə mərhələsində İsveç, Avstriya və Belçika kimi güclü rəqiblərimiz var. Amma əminəm ki, heç biri bizə yuxarıdan aşağı baxa bilməyəcək”.

Azərbaycan millisinin seçmə mərhələdə ilk oyunu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button