“Keyfiyyətli heyətimiz var” – “Mançester Yunayted”in futbolçusu

“Mançester Yunayted”in müdafiəçisi Tayrell Malasiya Premyer Liqanın 17-ci turunun “Nottingem Forest”lə oyunu (3:0) haqda danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı futbolçu keyfiyyətli heyətə sahib olduqlarını bildirib:

“Düşünürəm ki, bizim üçün üç xal qazanmaq və qapını toxunulmaz saxlamaq vacib idi. Daha çox xal toplamaq üçün keyfiyyətli heyətimiz var. Biz təkmilləşirik. Bunu məşqlərdə də görə bilərsiz”.

“Mançester Yunayted” 29 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı pillədədir. “Nottingem Forest” isə 13 xalla 19-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button