Arteta: “Çox çətin oyun olacaq”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 17-ci turunun “Vest Hem”ə qarşı oyunundan öncə fikirlərini bölüşüb.
Komanda.az “Daily Mirror”-a istinadən xəbər verir ki, o, rəqibin potensialını yüksək qiymətləndirib:
“Vest Hem”in oyunçuları çox təhlükəlidir. Mən Devid Moyesin (“Vest Hem”in baş məşqçisi) komanda ilə çox çalışdığını bilirəm. O, klubun potensialını maksimum artırıb və yeni səviyyəyə qaldırıb. Əminəm ki, onlar da bizim kimi çox çalışıblar. Çox çətin oyun olacaq”.
“Arsenal” İngiltərə Premyer Liqasının 14 turundan sonra 37 xalla turnir cədvəlinə başçılıq edir. “Vest Hem” 15 matçdan sonra 14 xalla 16-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin