Blatterdən “İranı DÇ-2022-dən uzaqlaşdırın” çağırışı

FİFA-nın keçmiş prezidenti Yozef Blatter hesab edir ki, İran DÇ-2022-dən kənarlaşdırılmalıdır.

Komanda.az “Blik”-ə istinadən xəbər verir ki, Blatter İranla bağlı bunları deyib:

“İrana dünya çempionatında iştirak qadağan edilməlidir”.

Sentyabr ayında İranda hicab “səhv taxdığına” görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra etirazlar başlayıb.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İran millisi qrupda İngiltərə, Uels və ABŞ-la mübarizə aparacaq. İranlılar ilk oyununu noyabrın 21-də ingilislərə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button