“Milan” rəsmisindən Leao ilə bağlı açıqlama

“Milan”ın texniki direktoru Paolo Maldini komandanın hücumçusu Rafael Leaonun gələcəyi haqda fikirlərini bildirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, Leao ilə müqavilənin uzadıla biləcəyini deyib:

“O, burada onu daha yaxşı gələcək gözlədiyini başa düşür. Leao ilə müqavilənin uzadılması mümkündür”.

Daha əvvəl Leaonun “Milan”la müqaviləni yeniləməkdən imtina etdiyi bildirilirdi.

Futbolçu ilə hazırkı müqavilə 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button