“Neftçi” və EKOL qələbə ilə başladı

Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilmiş hər iki oyundan əvvəl Azərbaycanın dilbər güşələrindən olan Şuşa şəhərinin işğalı zamanı canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükut elan olunub.

Əvvəlcə meydana “Neftçi” İK və “Xəzər Cənub” komandaları çıxıb. Nominal qonaqlardan fərqli meydan sahibləri cəzlı Rüfət Balakişiyevin xidmətindən istifadə edə bilməyib. Bütövlükdə 7 qolun qeydə alındığı qarşılaşmada isə “Neftçi” İK qələbəyə sevinən tərəf olub.

İkinci oyunda “Araz”la EKOL qarşılaşıb. Hər iki komanda meydana itkilərlə çıxıb. EKOL Emin Kürdovun, “Araz” isə Xətai Bağırovun xidmətindən istifadə edə bilməyib.

Pley-off mərhələsinin ikinci oyunları mayın 11-də Bakı İdman Sarayında keçiriləcək. Saat 14:30-da EKOL “Araz”la, saat 17:00-da “Xəzər Cənub” “Neftçi” ilə qarşılaşacaq.

Yüksək Liqa
Yarımfinalın ilk oyunları
8 may

Neftçi İK – Xəzər Cənub 4:3
Qol
: O. Baxşəlizadə, 03:19, V. Borisov, 05:52, 37:03, Vahid Şəfaye, 36:51 – Amir Şocayi, 10:33, İ. Surqalı, 14:04, 20:12.
Hakimlər: Azər Əsgərov, Anar Fərəcov, Elvin Ağayev.
Bakı İdman Sarayı. Saat 14:30

Araz – EKOL 4:6
Qol
: O. Rüstəmli, 04:21, M. Neyməti, 16:29, N. İsmayılov, 34:09, 35:09 – F. Ələkbərov, 12:10, N. Məmmədkərimov, 23:02, 30:33, F. Əliyev, 27:58, R. Çovdarov, 34:38, 35:06.
Hakimlər: Hikmət Qafarlı, Ramiz Məhərrəmov, Fuad Həsənov.
Bakı İdman Sarayı. Saat 17:00.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button