Kazemirodan onu pulgirlikdə ittiham edənlərə cavab
“Mançester Yunayted”in yeni transferi Kazemiro İngiltərə klubuna pul üçün keçdiyi barədə ittihamlara cavab verib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu, tənqidçilərinin onu tanımadıqlarını deyib:
“Mançester Yunayted”ə pula görə getdiyimi düşünənlər məni tanımırlar. Düşünürəm ki, az adam belə düşünür və məni tanımırlar. Səbəb pul deyil, bu, doğru deyil”.
MY ilə 4 illik müqavilə bağlayan 30 yaşlı braziliyalının maaşının həftəlik təxminən 350 min avro olacağı bildirilirdi.
Kazemiro əvvəlki klubu “Real”la ümumilikdə 18 kubok qazanıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin