Maaşı ikiqat artacaq
“Mançester Siti” yarımmüdafiəçisi Bernardo Silvanı komandada saxlamaq istəyir.
Komanda.az “Daily Star”-a istinadən xəbər verir ki, “şəhərlilər” “Barselona” və PSJ-nin ona olan marağına baxmayaraq, 28 yaşlı portuqaliyalı ilə müqaviləni uzatmaq niyyətindədir.
Xəbərdə bildirilir ki, “Mançester Siti” Silvanı komandada saxlamaq üçün onun maaşını iki dəfə artırmağa hazırdır. Yeni müqaviləyə əsasən, Bernardo Silva həftədə təxminən 177 min avro qazana bilər.
Daha əvvəl 28 yaşlı Silvanın “Barselona” ilə 4 illik müqavilənin şərtlərini razılaşdırdığı bildirilirdi. Kataloniyalıların Bernardo üçün 60 milyon avro ödəməyə hazır olduğu deyilirdi.
Silvanın “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır. O, 2017-ci ilin yayından Mançester klubundadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin