“Bundan yaxşısı ola bilməzdi” – “Real”ın hücumçusu

“Real”ın hücumçusu Rodriqo həmişə Madrid klubunda oynamaq və Çempionlar Liqasını qazanmaq arzusunda olduğunu deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı braziliyalı, buna nail olduğuna inana bilmir:

“Hərdən öz-özümə deyirəm: ”Aman Allahım, Çempionlar Liqasını qazandım”. Düşünürəm ki, buna nail olduğumu başa düşmək mənim üçün çətindir. Mən həmişə “Real”da oynamaq, Çempionlar Liqasını qazanmaq arzusunda olmuşam və 21 yaşımda bunu etdim. Lakin yalnız Çempionlar Liqasını qazanmamışam, artıq iki dəfə İspaniya çempionatını, iki dəfə İspaniya superkubokunu qazanmışam. Düşünürəm ki, bundan yaxşısı ola bilməzdi”.

Rodriqo ötən mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə 49 oyunda 9 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button