“Çelsi”dən 18 milyon avroluq transfer
İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa nəhəngi “Aston Villa”dan yarımmüdafiəçi Karni Çukvuemekanı transfer edib.
Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. “Çelsi” bu transfer üçün “Aston Villa”ya 18 milyon avro ödəyib.
Karni Çukvuemeka Avstriyada dünyaya göz açsa da, İngiltərə vətəndaşlığı var. O, 2016-cı ildən “Aston Villa”da idi. Peşəkar karyerasına məhz bu klubda başlayan yarımmüdafiəçi, əsas komandada 16 oyun keçirib. O, bu görüşlərdə bir məhsuldar ötürmə ilə yadda qalıb. Çukvuemeka İngiltərənin U-19 yığmasının da üzvüdür.
Yeri gəlmişkən, “Aston Villa” braziliyalı hücumçusu Ueslini də İspaniyanın “Levante” klubuna icarəyə verib. 25 yaşlı futbolçu 2022/23 mövsümünün sonunadək bu komandada oynayacaq. 2019-cu ildən “Aston Villa”da olan forvard daha öncə “Brügge” və “İnternasional” klublarına da icarəyə verilib. O, İngiltərə klubunda cəmi 26 oyuna çıxıb, 6 qolla yadda qalıb. Braziliya yığmasında da 1 oyun keçirmiş futbolçu, əvvəllər “İtabuna”, “Trençin” və “Brügge”də oynayıb.
Bizi Facebook-da izləyin