Məşhur futbolçu karyerasını bitirdi

Türkiyə millisinin keçmiş futbolçusu Mehmet Topal karyerasını başa vurub.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi 36 yaşında futbolla vidalaşdığını açıqlayıb.

Mehmet Topal ölkəsində “Qalatasaray”, “Fənərbaxça”, “Başakşəhər” və “Beşiktaş”ın, İspaniyada isə “Valensiya”nın formasını geyinib.

2008-ci ildə Türkiyə millisi ilə Avropa çempionatında bürünc medal qazanan Topal, “Beşiktaş”dan başqa, digər İstanbul təmsilçiləri ilə ölkə çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button