ÇL: Emrelinin komandası “Şkupi” ilə doğma meydanda bacarmadı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

Komanda.az xəbər verir, ilk oyun günündə 7 matç keçirilib.

Azərbaycan çempionu “Qarabağ” Bakıda İsveçrə “Sürix”i ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu matç Ağdam klubunun qələbəsiylə başa çatıb.

Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) isə Xorvatiyada Şimali Makedoniyanın “Şkupi” komandası ilə qarşılaşıb. Dörd qolluq bu görüşdə qalib müəyyənləşməyib. Azərbaycan yığmasının üzvü zədə səbəbindən bu oyunun iştirakçısı olmayıb.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları

19 iyul

Qarabağ (Azərbaycan) – Sürix (İsveçrə) 3:2

Pünik (Ermənistan) – Düdelanj (Lüksemburq) 0:1

Jalgiris (Litva) – Malmö (İsveç) 1:0

Ludoqorets (Bolqarıstan) – Şemrok Rovers (İrlandiya) 3:0

Midtyulland (Danimarka) – AEK (Larnaka, Kipr) 1:1

Linfild (Şimali İrlandiya) – Bude Qlimt (Norveç) 1:0

Dinamo (Zaqreb, Xorvatiya) – Şkupi (Şimali Makedoniya) 2:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button