Çempionlar Liqası: 3-cü təsnifat mərhələsinin püşkü atıldı

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada 10 cüt müəyyənləşib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya “Dinamo”su (Zaqreb) Şimali Makedoniya “Şkupi”sini mübarizədən kənarlaşdırsa, “Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

Çempionlar Yolu
“Makkabi” (Hayfa, İsrail) / “Olimpiakos” (Yunanıstan) cütünün qalibi – “Apollon” (Limassol, Kipr)
“Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə) cütünün qalibi / “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi
“Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi / “Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi
“Maribor” (Sloveniya) / “Şerif” (Moldova) cütünün qalibi – HJK (Finlandiya) / “Viktoriya” (Plzen, Çexiya) cütünün qalibi
“Linfild” (Şimali İrlandiya) / “Bude Qlimt” (Norveç) – “Jalgiris” (Litva) / “Malmö” (İsveç) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan) / “Düdelanj” (Lüksemburq)

Liqa yolu
“Monako” – PSV (Niderland)
“Dinamo” (Kiyev, Ukrayna) / “Fənərbaxça” (Türkiyə) – “Şturm” (Qrats, Avstriya)
“Yunion” (Belçika) – “Reyncers” (Şotlandiya)
“Benfika” (Portuqaliya) – “Midtülland” (Danimarka) / AEK (Larnaka, Kipr)

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button