De Yonq “Mançester Yunayted”ə keçməyi rədd edib

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq bu yay “Mançester Yunayted”ə keçməyəcək.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu karyerasını İngiltərə klubunda davam etdirmək variantını tamamilə rədd edib.

Xəbərdə qeyd olunur ki, de Yonq “Mançester Yunayted”ə keçməməsi üçün səbəblərini “Barsa” rəhbərliyinə izah edib. İyul ayının əvvəlində tərəflərin transferin son təfərrüatlarını həll etməli olduğu bildirilirdi.

Frenki de Yonq 2019-cu ildən “Barselona”nın formasını geyinir. Onun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button