Kataloniya çimərliklərini soyuq Mançesterə dəyişəcəkmi?

Bu yay “Barselona”nı “Mançester Yunayted”ə dəyişəcəyi gözlənilən Frenki de Yonq gələcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, UEFA Millətlər Liqasında Polşa ilə oyundan (2:2) sonra niderlandlı futbolçudan Kataloniya çimərliklərini tərk edərək, soyuq Mançesterə gedib-getməyəcəyi soruşulub. De Yonq bu suala gülərək, qısa cavab verib:

“Mən heç nə deyə bilmərəm (gülür)”.

Daha əvvəl “Mançester Yunayted”in Frenki de Yonq üçün “Barselona”ya 60+20 milyon avro təklif etdiyi barədə məlumat yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button