Xavi Frenki de Yonqla görüşdü və…

“Barselona”nın baş məşqçisi Xavi yarımmüdafiəçi Frenki de Yonqla görüşüb.

Komanda.az “TV3”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçuya mümkün gedişinin klubun maddi durumu ilə bağlı olacağını izah edib. Xavi niderlandlı futbolçuya rəhbərliyin onun cari mövsümdəki çıxışını xüsusilə bəyəndiyini də deyib.

De Yonq 2019-cu ildə “Ayaks”dan “Barselona”ya keçib. 25 yaşlı futbolçu son mövsümdə La Liqada 32 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button