“De Yonq qədər bahalı futbolçu olacağımı düşünmürəm”

Son zamanlar göstərdiyi oyunla diqqətləri üzərinə çəkən və mövsümün sonunda komandadan ayrılacağı deyilən “Ayaks”ın müdafiəçisi Matteys de Liqt açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, gələcək karyerası ilə bağlı danışan 19 yaşlı müdafiəçi, cari mövsümün sonundan etibarən “Barselona”da çıxış edəcək Frenki de Yonq kimi bahalı futbolçu olmayacağını da deyib:

“Gələcəyimlə bağlı hələ dəqiq bir qərar verməmişəm. Nə olacağı ilə bağlı heç bir fikrim yoxdur. Sadəcə, bundan sonra keçirəcəyimiz oyunlara köklənmişəm.

De Yonq qədər bahalı futbolçu olacağımı düşünmürəm. Adətən, yarımmüdafiəçilərə daha çox pul xərclənir”.

Bu mövsüm “Ayaks”ın heyətində 50 oyunda iştirak edən de Liqt, bu oyunlarda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button