“Real”da Vinisiusla bağlı qərar verilib

“Real” hücumçusu Vinisius Juniorla müqaviləni uzatmağa qərar verib.

Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, braziliyalı futbolçunun yeni müqaviləsi 2028-ci ilə qədər, maaşında ciddi artımla hesablanacaq.

Vinisius La Liqanın cari mövsümündə 34 matçda 17 qol vurub və 13 məhsuldar ötürmə edib. Braziliyalı bu mövsüm UEFA Çempionlar Liqasının 12 oyununda da meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

Futbolçunun “Real”la hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button