“Roma” və “Feyenoord” finalda
Bu gün UEFA Konfrans Liqasının finalçılarının adlarına aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, bu, yarımfinalın bu gün keçirilən cavab matçlarından sonra məlum olub.
Joze Mourinyonun başçılıq etdiyi “Roma” doğma meydanda “Lester”i sınağa çəkib. İlk matçda qalib müəyyənləşmədiyindən, cavab görüşünə maraq bir qədər də artırdı. Doğma meydanda minimal hesabla üstün olan “Roma” finala yüksəlib.
Fransanın “Marsel” komandası isə Niderland təmsilçisi “Feyenoord”u qəbul edib. İlk oyun “Marsel”in minimal hesablı məğlubiyyəti ilə başa çatmışdı. Cavab görüşündə qapılara qol vurulmayıb. Nəticədə digər finalçı “Feyenoord” olub.
Konfrans Liqasının final matçı mayın 25-də keçiriləcək.
UEFA Konfrans Liqası, yarımfinal
Cavab oyunları
5 may
Roma (İtaliya) – Lester (İngiltərə) 1:0
Qol: T.Abraham, 11.
İlk oyun – 1:1
Marsel (Fransa) – Feyenoord (Niderland) 0:0
İlk oyun – 2:3
Bizi Facebook-da izləyin