Samir Abasov: “Həddindən artıq çətin səfər idi”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 22-ci turunun “Şamaxı” ilə səfər oyunundan sonra (2:1) açıqlama verib.

Komanda.az xəbər verir ki, Abasov, oyunun çətin keçdiyini bildirib:

“Həddindən artıq çətin səfər idi. Uzun müddətdən sonra belə səfərə çıxdıq. Qəbələ səfərinə öyrəşmişik. Gənc oyunçular da bunun atmosferinə düşmüşdülər. Bəlkə də, belə ab-havada oynamayıblar. İlk hissədə “Şamaxı” ev sahibi kimi oynadı. İkinci hissədə “Neftçi” olduğumuzu anladıq, bunu meydanda göstərdik. Futbolçularımızı təbrik edirəm.

Gedişat yaxşı olmalıdır ki, Yusuf Lavalı oynatmayaq. Onu risk altına salıb oynadırıq. Zəhərlənmişdi. Ona görə, hələ tam hazır deyl”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button