Konfrans Liqası: “Roma” uduzdu, “Marsel” qalib gəldi

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyunda Çexiyanın “Slaviya” (Praqa) klubu Niderlandda “Feyenoord”la üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Niderlandın digər təmsilçisi PSV isə İngiltərədə “Lester”in qonağı olub. Bu oyunda isə qapılara qol vurulmayıb.

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Marsel” Yunanıstan PAOK-unu qəbul edib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Roma” isə Norveçdə “Bude Qlimt”lə qarşılaşıb. Hesabı italyanların açdığı matçda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Cavab oyunları aprelin 14-də olacaq.

UEFA Konfrans Liqası, 1/4 final
İlk oyunlar

7 aprel

Feyenoord (Niderland) – Slaviya (Praqa, Çexiya) 3:3
Qol
: Sinisterra, 10. Senesi, 74. O.Kökçü, 86 – Olayinka, 41. Sor, 67. Traore, 90+5.

Marsel (Fransa) – PAOK (Yunanıstan) 2:1
Qol
: Jerson, 13. Payet, 45 – El Kadduri, 48.

Lester (İngiltərə) – PSV (Niderland) 0:0

Bude Qlimt (Norveç) – Roma (İtaliya) 2:1
Qol
: Saltnes, 56. Vetlesen, 89 – Pelleqrini, 43.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button