Çində oynamaq üçün 30 milyon avro istəyir
“Real”ın cari mövsümün sonunda satmaq istədiyi deyilən Qaret Beyl karyerasını Çində davam etdirə bilər.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun transferindən 130 milyon avro qazanmaq istədiyi deyilən uelsli futbolçu üçün Çindən təkliflər var. Madrid təmsilçisinin və futbolçunun bu təkliflərə müsbət yanaşdığı, lakin 29 yaşlı hücumçunun Çində oynamaq üçün böyük məbləğdə pul – illik 30 milyon avro məvacib tələb etdiyi bildirilir.
Uelsli futbolçu ilə “Mançester Yunayted”, “Bavariya” və “Tottenhem”in də maraqlandığı deyilir.
“Real”la 2022-ci ilədək müqaviləsi olan Beyl, bu mövsüm iştirak etdiyi 40 oyunda 14 qol vurub, 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin