Karyerasını bitirdiyini açıqlayan ukraynalı idmançı Bakıya gəldi

Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilmiş idmançıların mükafatlandırılma mərasimi keçirilib.

Komanda.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tokio 2020 Yay Olimpiya və Paralimpiya oyunlarında mükafat qazanmış Azərbaycan idmançılarının təltifetmə mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər.

Azərbaycanın Ukrayna əsilli qadın cüdoçusu İrina Kindzerska da mərasimdə iştirak etmək üçün Bakıya gəlib.

31 yaşlı idmançı iki gündən sonra Ukraynaya dönəcək.

Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanmış Kindzerska daha əvvəl karyerasını bitirdiyini açıqlamışdı (https://komanda.az/az%c9%99rbaycan-cudocusu-karyerasini-bitirdi).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button