Ukraynalı keçmiş futbolçu Rusiya klubundan ayrıldı

Ukraynalı məşqçi Andrey Voronin Rusiyanın “Dinamo” (Moskva) klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb. 43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Voronin 2020-ci ilin oktyabrından məşqçilər korpusunda yer alırdı. O, daha əvvəl 2010-2014-cü illərdə paytaxt klubunun formasını geyinib.

Voronin futbolçu karyerası ərzində “Liverpul”, “Bayer” (Leverkuzen) kimi klublarda çıxış edib.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button