“Real”da oynamaq üçün hər şey hazır idi” – Neymar
Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar kiçik yaşlarında “Real”dan təklif alıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçu 10 yaşı olarkən “Real”dan dəvət aldığını bildirib:
“10 yaşım olanda “Real” məni baxışa dəvət etdi. Həyəcanlanmışdım, çox sevinirdim. Özümü sınamaq üçün bir həftə orada qaldım. Bu, dörd-beş gün davam etdi. Beşinci gün məni Barselonadakı turnirə aparmaq istədilər, amma getmədim. Ev üçün çox darıxmışdım və evə getmək istəyirdim. “Real”da oynamaq üçün hər şey hazır idi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin