DÇ-2026: Uolker Tuxelin seçimindən narazıdır

İngiltərə millisinin sabiq müdafiəçisi Kayl Uolker, qarşıdan gələn dünya çempionatı üçün komandanın heyəti ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yığmanın baş məşqçisi Tomas Tuxelin “Nottingem Forest”in futbolçusu Morqan Gibbs-Uaytı heyətə daxil etməməsindən narazılığını bildirib:

“Mən Gibbs-Uaytı dünya çempionatına aparardım. O, fantastik mövsüm keçirib”.

2026-cı il dünya çempionatı 11 iyun-19 iyul tarixlərində keçiriləcək. İngiltərə millisi qrup mərhələsində Xorvatiya, Panama və Qana yığmaları ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button